Türkiyənin Dənizli şəhərinin Pamukkale rayonunda işçiləri daşıyan mikroavtobus aşıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qəza nəticəsində 4 nəfər ölüb, 6 nəfər xəsarət alıblar.
Bildirilib ki, Həsən Çekiçin idarə etdiyi və şüşə fabrikinin işçilərini daşıyan mikroavtobus İrlıqanlı məhəlləsində yolun kənarındakı zibil qutusuna və işıqlandırma dirəyinə çırpılaraq aşıb.
Firudin Səfərli
MİA.AZ