"Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsi siyirtmələr və əks klapanların alınması 1 416 409 AZN xərcləyəcək.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, qurum bu məqsədlə "Gemza Group" MMC ilə müqavilə bağlayıb.

Qeyd edək ki, bundan əvvəl  Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan "Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsin 336 732 manatlıq kombi alması barədə şübhəli tenderi mətbatda tirajlanıb.

Mia.az xəbər verir ki, qurum "Buta Supply" MMC ilə müqavilə bağlayıb.

Alınacaq məhsullara 16 kombi, 1 metrlik 231 ədəd radiator və 3 430 metr boru daxildir.

Göründüyü kimi, sadalananlara çox böyük vəsait ayrılıb. Əgər normal kombilərinin birinin 1000-1500 manat olduğunu nəzərə alsaq, 337 min manatın necə əsaslandırılaraq ayrılması, razılaşaq ki, şok effekt yaradır...

Mia.az