Səhiyyə Nazirliyinin Tikilməkdə olan müəssisələrin Müdiriyyətinin elan etdiyi Xankəndi Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi binasının əsaslı təmirinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tender ləğv edilib.
Mia.az Pravda.az-a istinadla xəbər verir ki, buna səbəb maliyyələşdirilmənin dayandırılmasıdır.
Tenderin ümumi dəyəri 350 000 AZN olub.