"Coca-Cola"ın istehsal etdiyi içkilərin tərkibində təhlükəli maddələr aşkarlanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Belçika Federal Qida Təhlükəsizliyi Agentliyi (FASFC) məlumat yayıb.
Qeyd edilib ki, "Coca-Cola Europacific Partners Belgium" tərəfindən istehsal edilən məhsulların tərkibində həddindən artıq xlorat səviyyəsi aşkarlanıb: "İstehsal kodları 328 GE-338 GE arasında olan "Coca-Cola", "Fanta", "Sprite", "Fuse Tea", "Nalu", "Minute Maid", "Tropico" və "Royal Bliss" çeşidlərinə aid dəmir qab və şüşə butulkalarda olan içkilər artıq geri toplanır".
Məlumatda deyilir ki, istehlakçılara sözügedən məhsulları almamaqla bağlı xəbərdarlıq olunub.
Belçika mətbuatı yazır ki, "Coca-Cola" məhsulları noyabr ayından etibarən Belçikanın Gent şəhərindəki müəssisədə istehsal olunur və Belçika ilə yanaşı, Hollandiya, İngiltərə, Almaniya, Fransa və Lüksemburqda da satılıır.
Lamiyə Əhmədli
MİA.AZ