Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialının məzunlarına diplom blanklarının təqdim edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə rəsmi məktub ünvanlanıb.
Mia.az-ın məlumatına görə, bu barədə UNEC-dən Report-a bildirilib.
Qeyd olunub ki, məsələnin həlli istiqamətində nazirliklə mütəmadi olaraq əlaqə saxlanılır və qısa müddət ərzində diplom blanklarının universitetə təqdim olunacağı bildirilib.
Xatırladaq ki, filialın 2023-2024-cü tədris ili üzrə məzunları sosial şəbəkədə diplom ala bilmədikləri barədə məlumat yayıblar.