Xaçmazda bıçaqlanma hadisəsi olub.

Məlumata görə, rayonun Xaspolad-oba kəndində 2003-cü il təvəllüdlü Ramin Ədilov bıçaq xəsarəti alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

R.Ədilov bildirib ki, ona dostu Seyidbaba adlı şəxs bıçaq xəsarəti yetirib. Faktla bağlı araşdırmalara başlanılıb(Report).