"İlyas İsmayılovun müalicəsi Mərkəzi Klinikanın reanimasiya şöbəsində davam edir. Onun səhhətində hər hansı dəyişiklik yoxdur".
Mia.az xəbər verir ki, bu barədə Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev deyib.
Qeyd edək ki, insult keçirən sabiq baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılov bir aydan artıqdır Mərkəzi Klinikada müalicə alır.
O, 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.
İlyas İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir. (Teleqraf.com)