Bolu Kartalkaya Xizək Mərkəzində 238 nəfərin qaldığı "Grand Kartal" otelində baş verən yanğından 4 uşağı və xanımını cəsaərtli və çevik qərarı ilə xilas edən şəxs yerli mətbuata danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ömər Sarı adlı şəxsin sözlərinə görə, yanğın zamanı yuxuda olublar: "Sağ olsun, biriləri qapını səksəkəylə döyüb, bizi zamanında qaldırdı. Yoxsa çətin ki, xilas ola bilərdik. Dərhal geyinib, aşağı düşmək istədik. Lakin yuxarıdaki yanğının alovu və aşağıya qədər sirayət edən ağır tüstü bizə aşağı enməyə imkan vermədi. Dərhal otağa döndüm, yataq üzlərini çıxarıb, bir-birlərinə bağlayaraq, bizdən üç mərtəbə aaşağıdakı otelin çıxıntı damına enməyə qərar verdim. Beləcə, 8-ci mərtəbədən pəncərədən yataq üzlərini bir-birinə bağlayaraq aşağı salladıq və 4 uşağımı, həyat yoldaşımı və daha 4 nəfəri xilas etdik". 

Xatırladaq ki, 238 nəfərin qaldığı Grand Kartal otelində baş verən yanğında 76 nəfər həyatını itirib.

Firudin Səfərli
MİA.AZ