Azərbaycanın Baş naziri Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.

Mia.az Report-a istinadla xəbər verir ki, dövlət rəsmiləri faciə qurbanlarını yad edib, şəhidlərin məzarları üstünə qərənfillər düzüblər.

Onu da qedy edək ki, Baş nazirin müavinləri də ziyarətə gəliblər.

MİA.AZ