Türkiyənin Aksaray şəhərində məşqçi və bədən tərbiyəsi müəllimi işləyən M.Ç. adlə şəxs saxlanılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, yanına məşqə gələn 5 azyaşlı oğlan uşağına təcavüzdə ittiham olunub.
Məlumata görə, 12 yaşlı uşağın anasının şikayətindən sonra məşqçinin iyrənc davranışından daha 4 valideyn polisə üz tutub: "Bundan sonra təcavüz ittihamı ilə icinayət işi açılıb".
Xəbərdə deyilir ki, həbs olunaraq polisə aparılan məşqçi irəli sürülən ittihamları qəbul etməyib. O, jurnalistlərə açıqlamasında deyib: "Mən heç kimə təcavüz etməmişəm. Etdiyim yaxşılığın əvəzini ödəyirəm. Bunu yazın"
Firudin Səfərli
MİA.AZ