Bərdədə "Makarov" markalı tapançanı satmaq istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Mia.az-a bildirilib ki, rayon sakini Əli Məmmədov 1500 manat müqabilində "Makarov" markalı tapançanı satmaq istəyərkən saxlanılıb. Ondan "Revolver" və “Makarov” tipli tapançalar, 27 ədəd müxtəlif çaplı patron, 1 ədəd tüfəng və soyuq silah hesab olunan xəncər aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi bașlanılıb, araşdırmalar davam etdirilir.