ABŞ federal hökumətinin büdcəsinin gəlir və xərcləri ilə bağlı vəziyyət açıqlanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi hesabat yayıb.
Qeyd edilib ki, büdcə kəsiri 2024-cü ilin dekabrında əvvəlki ilin eyni ayı ilə müqayisədə 33 faiz azalaraq 87 milyard dollara düşüb.
Hesabata görə, ötən ilin dekabrında federal hökumətin büdcə kəsiri 129 milyard dollar təşkil edib: "Belə ki, büdcə kəsiri 2024-cü ilin dekabr ayında əvvəlki ilin eyni ayına nisbətən 33 faiz azalıb. Bununla belə, ötən ilin dekabrında dövlət gəlirləri 6 faiz artaraq 454 milyard dollara, xərclər isə 3 faiz azalaraq 541 milyard dollara çatıb. Eyni zamanda, 2025-ci maliyyə ilinin üçüncü ayı olan dekabr ayı etibarilə ölkənin ümumi büdcə kəsiri əvvəlki ilin eyni dövrünə görə 39 artaraq 711 milyard dollara çatıb. Maliyyə ilinin ilk üç ayında xərclər bir ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 1,8 trilyon dollara, gəlirlər isə təxminən 2 faiz azalaraq 1,1 trilyon dollara çatıb".
Samir Musayev
MİA.AZ