“TikTok”da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla tutulan şair İlhamə Elşadqızı da cinayət məsuliyyətinə cəlb edilib.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, son vaxtlar çıxışları ilə qınaq obyektinə çevrilən tiktokçu Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham edilir. Onun istintaqdan gizlənmək ehtimalı da nəzərə alınaraq azadlıqda qalması əsaslı hesab edilməyib.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə İlhamə Elşadqızı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
O, verilmiş ittihamla təqsirli bilinərsə, 8 ilə kimi azadlıqdan məhrum edilə bilər.
Xatırladaq ki, əvvəlki günlərdə aparıcı Azər Zahid və daha bir neçə nəfərin “TikTok”da keçirdiyi oyun narazılıqla qarşılanmışdı, saxlanılan şəxslər daha sonra cinayət ittihamı ilə həbs edilmişdi. Polis tərəfindən keçirilən “TikTok” əməliyyatı ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdı.