Yanvarın 10-da İstanbulun Beşiktaş rayon bələdiyə sədrinə qarşı əməliyyatda ölkənin Daxili işlər nazirinin müavininin qardaşı da saxlanılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq Beşiktaş Bələdiyyəsinin sədri Rıza Akpolatla yanaşı, tutulan və haqlarında həbs qərarı çıxarılan 47 nəfərlə birgə Daxili işlər nazirinin müavini Mehmet Aktaşın qardaşı Ahmet Aktaş da var.
"Rüşvət əməliyyatı" çərçivəsində qardaşının həbsinə isə Mehmet Aktaş belə izahat verib: "Qardaşım 20 ildir İstanbul Böyükşəhər Bələdiyyəsində məmurdur. Əməliyyat günü səhər öyrəndim ki, onu da saxlayblar. Səbəbini dəqiq bilmirəm, istintaq gizli aparılır. Lakin görünür, nəsə ciddi məslə var ki, saxlanılıb. Bilmirəm".
Xatırladaq ki, tutulanlar rüşvət, korrupsiya və sair iqtisadi cinayətlərdə ittiham olunurlar. Onlar İstanbulda "tender kralı" kimi tanınan “Aziz İhsan Aktaşın işi" üzrə qandallanıblar.
Firudin Səfərli
MİA.AZ