Kənd Təsərrüfatı Nazirliyi Aparatının Daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Mia.az "Unikal"a istinadla xəbər verir ki, Bəhruz Əzizi şöbə müdiri vəzifəsinə təyin edilib.

Yeni müdir bakalavr və magistr təhsilini Dövlət İqtisad Universitetinin iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə alıb.

Qeyd edək ki, Bəhruz Əzizi daxili audit, nəzarət, risklərin qiymətləndirilməsi sahəsində 10 ildən artıq, kənd təsərrüfatı sektorunda isə 5 ildən yuxarıdır işləyir.

O, buna qədər “Embawood”, “ANC Group”, “PMD Group”da daxili aduit üzrə müxtəlif vəzifələrdə çalışıb.

Karyerasını “Agro Food İnvestments” qrupda Daxili audit departamentinin müdiri, Audit Komitəsinin sədri vəzifəsində davam etdirən Bəhruz Əzizi “Milla”, “Pepsi Botlers”, “Azərşəkər” kimi iri şirkətlərdə Audit Komitəsinin üzvü olaraq fəaliyyət göstərib. Son iş yeri GP Cotton Şirkətlər qrupunda baş audit inzibatçısı olub.

İngilis dilini bilir. Ailəlidir, 1 övladı var.

MİA.AZ