Zaqatalada 30 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Məlumata görə, hadisə Yengiyan kəndində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Asiyət Natiq qızı Babayeva yașadığı evin həyətyanı sahəsində yerləșən hamam otağında dəm qazından boğularaq ölüb(Report).

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda arașdırma aparılır.