Ankarada "Həyata Tutunan Körpələr" Təşkilatının sədrinin xanımından şantaj və təhdidlə pul tələb edənlər tutulub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbuldan təşkilat sədrinin həyat yoldaşı E.K.-ya zəng edərək “Sən təşkilata olunan yardımları mənimsəmisən. Sənə 20 milyon lirə cəza kəsdik. Ödəməsən, pis olacaq" deyiblər.
Məlumata görə, "xərackəsmə" təhdidindən sonra E.K polisə zəng edib: "Polislərin yönləndirməsiylə E.K.nin əri kafedə T.G və T.M. adlı "reketlər"lə görüşüb. Görüşün sonunda isə polislər qəfil əməliyyatla hər iki şəxsi qandallayıb".
Həmin həbs əməliyyatının videosi aşağıda verilib.
Firudin Səfərli
MİA.AZ