Abşeronda zavodda ölən və xəsarət alan şəxslərin Hindistan vətəndaşları olduğu müəyyənləşib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, yanvarın 13-də saat 8 radələrində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində külək turbinlərinin quraşdırılması işləri zamanı 2003-cü il təvəllüdlü, Hindistan vətəndaşı Harı Prakashi aldığı xəsarətlərdən xəstəxanada ölüb, həmyerlisi, 1982-ci il təvəllüdlü Thattaru Padikkal isə xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Abşeronda Pakistan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb.
Mia.az Report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisində yerləşən zavodlardan birində qeydə alınıb.
Belə ki, zavodda fəhlə işləyən Pakistan vətəndaşı, 2003-cü il təvəllüdlü Harı Prakashın üzərinə hava pəri aşıb. O, aldığı xəsarətlərdən götürüldüyü xəstəxanada ölüb.
Digər Pakistan vətəndaşı olan fəhlə isə Sumqayıtdakı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.