Türkiyədə ötən gün Akdeniz bələdiyyə sədri ilə yanaşı, daha bir bələdiyyə  sədri haqda həbs qərarı verilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul məhkəməsinin qərarı ilə Beşiktaş Bələdiyyə sədri Rıza Akpolat başda olmaqla, 47 nəfər haqqında həbs qərarı çıxarılıb.

Məlumata görə, onlar İstanbulda bələdiyyənin keçirdiyi tenderdə qanunsuz müdaxilədə, korrupsiya və digər iqtisadi cinayətlərdə ittiham olunurlar: "Adıçəkilənlər İstanbulda "tender kralı" kimi tanınan “Aziz İhsan Aktaşın işi" üzrə qandallanıblar".

Məlumatda o da deyilir ki, bir neçə ay əvvəl evdə yataq otağında PKK-ya yardım ittihamı ilə həbs olunan CHP-li Esenyurt Bələdiyyə sədri  Ahmet Özerə də "Tender kralı"na açılan cinayət işində ittiham irəli sürülüb.

Firudin Səfərli
MİA.AZ