Türkiyədə Bələdiyyə sədri, müavini və üzvləri tutulub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Mersin prokurorluğu Mersində Akdeniz Bələdiyyəsində əməliyyat keçirib.
Əməliyyatla bələdiyyə sədri Hoşyar Sarıyıldız və 5 bələdiyyə məclisi üzvü qandallanıb.
Mersin Prokurorluğundan verilən məlumata görə, onlar "terror təşkilatının təbliğatını aparmaq", "silahlı terror təşkilatına üzv olmaq", “Terrorçuluğun maliyyələşdirilməsi" maddələri ilə ittiham olunurlar: "İstintaq çərçivəsində Akdeniz Bələdiyyə sədri Hoşyar Sarıyıldız, Bələdiyyə sədrinin müavini və məclis üzvü Nuriye Arslan, Özgür Çağlar, Neslihan Oruç, Yakup Danış və Hikmət Bakırhan saxlanılıb".
Xəbərdə deyilir ki, saxlanılanlardan üçü - Özgür Çağlar, Neslihan Oruç, Yakup Danış və Hikmət Bakırhan PKK-ya yaxınlığı ilə tanınan DEM Partiyanın üzvləridir.
Firudin Səfərli
MİA.AZ