Xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün yanvarın 30-da peşə tanınması üzrə növbəti imtahan keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən (DİM) Mia.az-a verilən məlumata görə, imtahan DİM-in Elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək.

İmtahanda iştirak etmək üçün Təhsildə Keyfiyyətin Təminatı Agentliyində qeydiyyatdan keçmiş ərizəçilər yanvarın 25-dən etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər.