ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində güclü yanğınları nəzarət altına almaq hələ də mümkün olmayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 6 təyyarə, 12 helikopterin də havadan dəstək verdiyi yanğını söndürmək üçün artıq şirin su qıtlığı da ortaya çıxıb.

Los Anceles Su və Enerji Departamentinin (LADWP) baş direktoru Janisse Quinones bildirib ki, Sakit Okean Palisadlarında anvar və nəhəng çənlərdə saxlanılan ehtiyat sular artıq tükənmək üzrədir: "Bəzi anbarlar artıq boşalıb, qalanlarınd ada bitmək üzrədir. Təəssüf ki, artıq bəzi istiqamətlərdə su çatışmazlığı səbəbindən yanğına müdaxilə çətinləşib".

Quinonesin sözlərinə görə, son 24 saatda yanğına sərf olunan su sərfiyyatı çox böyük olub: "İndi eə drum yaranıb ki, sakit okeandakn suyu təmizləyib anbarlara da çatdırmaq  yetərli deyil. Çünki sərfiyyatla istehsal arsında müqayisəsiz böyük fərq yaranıb..."

Lamiyə Əhmədli
MİA.AZ