Terrorçuluğa və dövlətə qarşı açıq çağırışlar etməkdə ittiham edilən Həmzə Məmmədliyə cəza kəsilib.

Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Bu işin istintaqı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılıb.

33 yaşlı H.Məmmədli barəsində 2018-ci ildə Azərbaycanda indi mühakimə edildiyi əməllərinə görə cinayət işi başlanılıb. 

Bu gün Həmzə Məmmədli ittiham edildiyi maddələrlə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib(Qafqazinfo).