Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və həmin İdarənin maliyyə-iqtisadiyyat sektorunun eks-müdiri Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Mia.az Pravda.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək proses yanvarın 8-nə təyin edilib.
Cinayət işi hakim Səbuhi Hüseynovun sədrliyi ilə araşdırılacaq.
Zərərçəkmiş qismində Azərbaycan Gənclər və İdman Nazirliyi tanınır.
Qeyd edək ki, hər iki şəxs külli miqdarda mənimsəmədə ittiham edilir. Onlar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanıb.