"Süni tənəffüs aparatına qoşulmuş aktyor Azər Baxşəliyevin vəziyyətində dəyişiklik yoxdur".

Mia.az xəbər verir ki, bunu yanvarın 3-də aktyorun ümalicə aldığı Tibb Universitetinin Cərrahiyyə Klinikasından deyiblər.

Bildirilib ki, aktyorun vəziyyəti ağırdır.

***

"Həkimlər ağır vəzyyətdə olan aktyor Azər Baxşəliyevin ürəyinin fəaliyyətini bərpa edib, o, süni tənəffüs aparatına qoşulub".

Mia.az-ın məlumatına görə, bu barədə yanvarın 2-də “Report”a Azərbaycan Tibb Universitetinin (ATU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib.

O, qeyd edib ki, həkimlərin səyi nəticəsində aktyorun ürək fəaliyyəti bərpa edilib. Xəstə süni tənəffüs aparatına qoşulub. A.Baxşəliyevin vəziyyəti həddən artıq ağır kritikdir.

Hazırda onun müalicəsi ATU Tedris Cerrahiyye Klinikasinda davam etdirilir.

***

"Bozbash pictures"in məşhur aktyoru vəfat edib.

Mia.az xəbər verir ki, komediya serialında "ağsaqqal" kimi tanınam və sevilən aktyor Azər Baxşəliyev bu gün səhər dünyasını dəyişib.

Məlumata  görə, böyrək xəstəliyindən əziyyət çəkən aktyor Azər Baxşəliyev bu yaxınlarda əməliyyat olunub, lakin nəticəsiz qalıb.

O, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsində vəfat edib.

Aktyor ailəli olub, bir qızı vardı.

Mia.az-ın kollektivi aktyorun ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmər eləsin!