Polşa hakimiyyəti Ukraynaya qarşılıqsız hərbi-texniki yardımla bağlı təklif təqdim edib.
TASS xəbər verir ki, bu barədə Ukraynanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Ukraynanın Müdafiə Nazirliyindən “Reç Pospolit”ə bildirilib ki, Kiyev Polşanın Müdafiə Nazirliyindən pulsuz hərbi-texniki yardımla bağlı təkliflər alıb”, - qəzet qeyd edib.
Ukraynanın müdafiə naziri Aleksey Reznikov qəzetə müsahibəsində Polşnıan ölkəsinə etdiyi güclü siyasi dəstəyi də vurğulayıb: “Ukrayna ilə Polşa arasında humanitar yardıma dair uzun tarixi əlaqə var. Ancaq indiyədək Polşadan heç bir hərbi yardım almamışıq”/Report.