Türkiyənin Diyarbəkir şəhərinin Tövşandərəli kəndində 8 yaşlı Narin Güranın öldürülərək axar çayda basdırılması işi üzrə bu gün hökm açıqlanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Diyarbəkir məhkəməsinin qərarı ilə Narinin cəsədini çayda basdıran Nevzat Bəhtiyara 4 il 6 ay həbs cəzası kəsiilib.
Qətldə ittiham olunan Narin Güranın anası Yüksel Güran, qardaşı Enes Güran və əmisi Salim Gürana isə ömürlük həbs cəzası verilib.
Məlumata görə, təqsirləndirilən şəxslər ittihamları rədd edərək, günahsız olduqlarını bildiriblər.
Həbsdə olan təqsirləndirilənlərdən qardaş Enes Güran ittihamları qəbul etməyib. O, qətlə Nevzat Bəxtiyarı ittiham edib və bəraətini tələb edib. Həmçinin ana Yüksel Güran və əmisi də günahsız olduqlarını və qətli bahtiyarın törətdiyini iddia ediblər. Ancaq hakim yuxarıda qeyd olunan cəzaları oxuyub.
Firudin Səfərli
MİA.AZ