İstanbulda noyabr ayından bəri 40-dan çox adamın saxta spirtli içkidən ölməsi hüquq-mühafizə orqanlarını hərəkətə gətirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, son 20 gündə saxta istehsalçılara qarşı genişmiqyaslı əməliyyata start verilib.
Polis rəisi Selami Yıldız bildirib ki, 20 gün ərzində həyata keçirilən əməliyyatlarda təxminən 17 ton saxta içki aşkarlanaraq götürülüb: "İnsanların həyatını təhdid edən ünsürlərlə mübarizə qətiyyətlə davam etdiriləcək".
Polis rəisi saxlanılanlara cinayət işi açıldığını və faktın araşdırıldığını da sözlərinə əlavə edib.
Firudin Səfərli
MİA.AZ