Bu gün İstanbulda orta məktəbdə kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Şilədəki 75-ci il orta məktəbində baş verib.
İddiaya görə, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) payladığı yeməkdən zəhərlənən 51 şagird xəstəxanaya yerləşdirilib.
Məlumatda deyilir ki, bu gün səhər saatlarında orta məktəbi önünə gələn İBB-yə bağlı səyyar maınla şagirdlərə sendviç, tort və süddən ibarət yeməklər paylanıb: "Bundan qısa müddət sonra şagirdlərdə ürəkbulanma və qusma şikayətləri başlayıblar".
İstanbul valisi Davud Gül bildirib ki, şagirdlərin həyatına təhlükə yoxdur: "Fakt araşdırılır".
Tahir Şəlvəli
MİA.AZ