Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Qamışlı bölgəsində daha bir uğurlu əməliyyat keçirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyatla PKK/PAJK-nın qondarma liderlərindən "Nesrin Amed" kod adlı Yayla Kızılkaya məhv edilib.
Məlumatda deyilir ki, 14 yaşında terror təşkilatı PKK-nın sıralarına qoşulan Yayla Kızılkaya Türkiyə, İraq və Suriyadakı bir çox terror aktlraında aktiv yer alıb.
Tahir Şəlvəli
MİA.AZ