Bu gün Türkiyənin 7 şəhərində FETÖ üzvlərinə qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, başda İstanbul olmaqla 7 şəhərdə ümumilikdə 19 nəfər tutulub. 

Onlar vaxtilə özlərinə yaxın olan şəxslərin dövlət qulluğuna yerləşdirilməsi imtahanlarının suallarını sızdrmaqda ittiham olunurlar.

Xəbərdə o da deyilir ki, həbs olunanar arasında bu günədək iqtisadçı və miqrasiya üzrə ekspertlər, o cümlədən vergi müfəttişləri də var.

Firudin Səfərli
MİA.AZ