"Xırdalan şəhərində yolların biabırçı vəziyyətdə olması barədə dəfələrlə müraciətlər olunsa da, heç bir tədbir görülmür".

Mia.az-ın məlumatına görə, bu sözləri Feysbuk-da Xırdalan sakini izam Rzayev yazıb.

Onun sözlərinə görə, iki gündür Xırdalanın Heydər Əliyev prospoketini (Bakı Mühəndislik Universitetinə gedən yol) yağış və kanalizasiya suları basıb, ərazidən nəqliyyat vasitələri çətinliklə keçir: "Bu gün isə 135 saylı xətt üzrə xidmət göstərən iritutumlu avtobus suyun içində olan quyuya düşüb. Nəticədə avtobus yararsız vəziyyətdə hərəkətsiz qalıb".

Yeri gəlmişkən, iki gündür Xıırdalanın 26-cı Məhəlləsi başda olmaqla, bir çox əarziləri "suda üzür". Elə yerlər var ki, su bir metrəyə yüksəlib, gediş-gəliş mümkünsüzləşib. Maraqlı budur ki, bu problem artıq bir neçə ildir davam etsə də, problemə əncam çəkən yoxdur.

Xatırladaq ki, Abşeronun icra başçısı Abdin Fərzəliyevdir.

Samir Musayev

MİA.AZ