Diplomatik xidmət orqanının əməkdaşları əcnəbi və ya vətəndaşlığı olmayan şəxslə nikaha daxil olduqda bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanı (qurumu) on iş günü müddətində məlumatlandırmalıdır.
Mia.az xəbər verir ki, bu, yeni hazırlanan "Diplomatik xidmət haqqında" qanun layihəsində əksini tapıb.
Bundan başqa, layihəyə əsasən, həmin şəxslər diplomatik nümayəndəlikdə və ya konsulluqda müvafiq vəzifəyə təyin olunduqda aidiyyatı diplomatik nümayəndəliyə və ya konsulluğa gəlməli, həmçinin diplomatik nümayəndəlikdən və ya konsulluqdan tutduğu vəzifədən azad edildikdə (geri çağırıldıqda) azad edilmə (geri çağırılma) tarixindən etibarən on iş günü müddətində və ya razılaşdırılmış tarixdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qayıtmalıdır.
Habelə diplomatik xidmət orqanının əməkdaşları beynəlxalq təşkilatın orqanında fəaliyyətini bitirdikdə və ya fəaliyyətinin bitmə müddətindən əvvəl geri çağırıldıqda fəaliyyətin bitmə və ya geri çağırılma tarixindən etibarən on iş günü müddətində, yaxud razılaşdırılmış tarixdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qayıtmalıdır.