Məşhur portuqaliyalı futbolçu Luiş Nani 38 yaşında peşəkar futbolçu karyerasını bitirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

Luis Nani bildirib ki, artıq medança ilə vidalaşmağın vaxtı gəlib: "Professional futbolçu karyeramı bitirməyə qərar verdim. Bu, böyük macəra idi. Dəstək olan hər kəsə təşəkkür edirəm".

O, karyerası boyu eniş-yoxuşlarla yanaşı, unudulmaz anlar da yaşadığını xatırladıb: " İndi mənim həyatımda yeni bir başlanğıc var...".

Qeyd edək ki, Luis Nani karyerası ərzində Türkiyədə “Fənərbağça” və “Adana Dəmirspor”, həmçinin “Sportinq Lissabon”, “Mançester Yunayted”, “Valensiya”, “Latsio”, “Orlando Siti”, “Venesiya”, “Melburn Viktori” və “Estrela Amadora” klubunun formalarını geyinib.

Fərid Aslan
MİA.AZ