Bu gün Türkyə superliqasında "Beşiktaş" doğma meydanında "Fənərbağça"nı qəbul edib.
Mia.az xəbər verir ki, derbi oyunundan ev sahibi komanda qalib ayrılıb.
Belə ki, 73-cü dəqiqədə "Beşiktaş" Aleks-Oksleyd Çamberlaynın qolu ilə qələbə qazanıb.
Bu qələbədən sonra "Beşiktaş" 25 xalla 4-cü yerə yüksəlib. "Fənərbağça" isə 32 xalla ikinci sırada qalıb. Əgər sabah lider "Qalatasaray" "Sivasspor"la oyundan qələbə ilə dönərsə, o zaman aradakı xal fərqi yenidən 6-ya yüksələcək.
Fərid ASLAN
MİA.AZ