Türkiyədə PKK-ya qarşı yeni əməliyyatlar keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya məlumat verib.
Onun sözlərinə görə. ölkənin İstanbul başda olmaqla, 30 şəhərində PKK/KCK və PYD/YPG terror təşkilatlarına qarşı keçirilən "Gürz-28" kod adlı əməliyyatlarla 147 şübhəli tutulub: "40 ildir qardaşlığımıza xələl gətirməyə çalışan, millətimizin birlik və bərabərliyini hədəf alan separatçı terror təşkilatını bu torpaqlardan qazıb atırıq".
Nazir bildirib ki, əməliyyat zamanı terror təşkilatına aid xeyli sübutlar götürülüb.
Firudin Səfərli
MİA.AZ