Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 90A ünvanında yerləşən 21 mərtəbəli "Landmark" Biznes Mərkəzi satışa çıxarılıb.

Mia.az-
ın məlumatına görə, bu barədə Trend elektron hərrac platformasından məlumat əldə edib.

Məlumata görə, hərrac rəsmi olaraq dekabrın 22-də baş tutacaq.

32 653.75 kvadrat metrlik 21 mərtəbəli qeyri-yaşayış binası - "Landmark" Biznes Mərkəzinin likvid qiyməti 120 milyon manat təyin edilib.

Hərracda iştirak haqqı 15 manat, iştirak üçün behin məbləği isə 6 milyon manat müəyyənləşdirilib.

Qeyd edək ki, hərrac açıq auksion formasında elektron qaydada keçirilir.