ABŞ-ın prezident postunda təxminən son 2 ayı qalan Co Bayden hökumətinin Çinə qarşı dünənki ağır sanksiyasına cavab gecikməyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, rəsmi Pekin daha 140 Çin şirkətini "qara siyahı"ya salan Amerikaya qarşı adekvat addım atıb.

Məlumata görə, Çin çip istehsalı və hərbi modernləşmədə çiplərin istifadəsinin qarşısını almaq məqsədi daşıyan sanksiyalara cavab olaraq, ABŞ-a ixrac etdiyi mühüm məhsulların satışını dayandırıb.

Çinin Ticarət Nazirliyindən bildirilib ki, hərbi təyinatlı qalium, germanium, eləcə də günəş panelləri, lazerlər, gecəgörmə və kompüter çipləri kimi bir çox məhsul istehsalında istifadə edilən bir çox materiallar daha ABŞ-a göndərilməyəcək.

Lamiyə Əhmədli
MİA.AZ