Bərdədə qanunsuz olaraq əldə etdiyi avtomat silahını satmaq istəyən şəxs həbs olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Mia.az-a bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı İntiqam Bağırov saxlanılıb. Ondan "Kalaşnikov" markalı avtomat, 25 ədəd patron və patron darağı aşkarlanıb.

O, bir müddət əvvəl silahı taparaq sosial şəbəkələrdə tanış olduğu şəxsə iki min manat müqabilində satarkən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.