Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı paylaşımında “ədalətli və inklüziv keçid” üçün çağırış edib.
Mia.az-ın məlumatına əsasən, bu barədə o, sosial media hesabında yazıb: “Kollektiv mübarizəmiz ekzistensial önəm daşıyır. Kollektiv intihar yerinə sağ qalma instinktini seçməliyik. Eyni zamanda, ədalətli və inklüziv keçid üçün tədbir görməliyik. Avropa bu çağırışı qəbul etməyə hazırdır".