İtaliyada bir çox nəhəng şirkətlərin sahiblərindən tutmuş dövlət adamlarına qədər şəxsi və gizli məlumatlarə ələ keçirilərək xarici dövlətlərə satılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sensasiyalı cinayətin üstünü Milan Prokurorluğu açıb.

Prokurorluğun araşdırması ilə kibercasusluq şəbəkəsinin "əsas şəxslər"i qandallanıb, artıq istintaqa cəlb edilən bir neçə keçmiş və hazırkı yüksəkçinli polislər etiraflar etməyə başlayıb.

İtaliya mətbuatının xəbərinə görə, bir vaxtlar ölkədə "super polis" kimi tanınan keçmiş polis məmuru Carmine Gallo "Milan Fair Foundation" şirkətinin prezidenti Enrico Pazzali hazırda məxfi məlumatların xarici ölkələrə milonlarla avro qarşılığında satan əsas şübhəlilər qismində saxlanılıblar: "Onların qurduğu şəbəkə bir çox nazirlik və polisin gizli serverlərinə sızaraq tələb olunan bütün gizli məlumatları ələ keçiriblər. Gallao və Pazzalinin bu məlumatları İsrail, Vatikan, hətta Rusiya kimi ölkələrin kəşfiyyatçılarına böyük məbləğdə pula satıblar. 
İstintaq çərçivəsində saxlanılan və 15 terebayta ekvivalent 800 min dataya sahib olduğu iddia edilən şəbəkənin digər üzvü Nunzio Samuele Calamuccinin Carmine Gallo ilə bəzi danışıqları da gizli dinləmələrlə sənədləşdirilib. O danışıqların birində Rusiya Prezidenti Vladimir Putinin "sağ əli"i deyilən bir nəfərdən və onun istədiyi məxfi məlumatdan bəhs edilir,  yəni, parollarla bir bazarlaşma söhbəti gedir...".

 İtaliya mətbuatı yazır ki, istintaq çərçivəsində Milan Baş Prokurorluğu daha bir yüksəkçinli keçmiş polis məmurunu - Marko Malerbanu da saxlayıb: "O, ifadəsində sensasiyalı etiraflar edib. Bildirib ki, keçmiş rəisi Carmine Gallo vaxtilə onun rəis olduğu üçün onun bir çox gizli tələblərinə "yox" deyə bilməyib. Və bu üzdən polisin və dövlətin məlumat bazasından bəzi gizli məlumatları ona ötürüb..."

Xəbərdə casusların İtaliyanın nəhəng enerji şirkəti ENI-dən başlayraq "Mediolanum Bank" və "Barilla"ya qədər bir çox böyük şirkətlərə, həmçinin Marcell Jakobs kimi məşhur idmançılara qədər məxfi məlumatlara sahiblənərək, satmaları haqda iddialar var.

İtaliyanın Baş nazir Giorgia Meloni dünən axşam RAI kanalında deyib ki, əldə edilən faktlar heyrət doğurub: "Prokurorluq artıq onlara qarşı operativ və sərt tədbirlərlə başlayıb. Biz artıq ölkəmizin etibarını sarsan bu iyrəncliyə son qoymaq üzrəyik. Artıq bu sahə üzrə yeni qanunlar qəbul etməyə hazırlıq gedir..."

Samir Musayev
MİA.AZ