Rusiya ordusu son bir həftə içində Ukraynada 12 qəsəbəni ələ keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son ötən həftə Ukraynada 1-i Xarkov vilayəti, 11-i Donetsk vilayəti daxil olmaqla 12 yaşayış məntəqəsi Rusiya ordusunun nəzarətinə keçib: "Xarkov vilayətində Kruqlyakovka qəsəbəsi, Donetsk Xalq Respublikasının Aleksandropol, Katerinovka, Selidovo, Qornyak, Tsukurino, Leonidovka, İzmaylovka, Dobrovolye, Novoukrayinka, Şahterskoye və Yasnaya Polyana qəsəbələri tamamilə nəzarətimizə keçib".

Samir Musayev

MİA.AZ