Bu gün İstanbulda narkotik istehsalçılarına və "zəhər tacirləri"nə qarşı keçirilən “Narkoçelik-44” əməliyyatında 3 ton 515 kq metamfetamin ələ keçirilib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul polisi məlumat yayıb.

Bildirilib ki, əməliyyatlarla 3-ü xarici ölkə vətəndaşı olmaqla, ümumilikdə 6 narkobaron qandallanıb.

Bu barədə açıqlama verən Daxili İşlər naziri Ali Yerlikaya bildiirib ki, əməliyyatlar İstanbulun Esenyurt, Bağcılar, Esenler və Bayrampaşa rayonlarında 8 fərqli ünvanda, həmçinin 4 fərqli avtomobildə aparılıb: "Əməliyyat zaqmanı xeyli silah-sursat da aşkarlanaraq götürülüb".

Nazir bəyan edib ki, Türkiyəni zəhər satıcılarından təmizləyəcəklər: "Biz qərarlıyıq"

Lamiyə Əhmədli

MİA.AZ