Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İzmir və Şanlıurfa şəhərlərində baş tutan əməliyyatla Fətullahçı Terror Təşkilatı (FETÖ) üzvü olmaqda şübhəli bilinən daha 8 nəfər saxlanılıb.
İzmir Prokurorluğundan bildirilib ki, əməliyyat MİT-lə birgə həyata keçirilib: "Əməliyyatlarla təşkilatın hazırkı strukturunda fəaliyyət göstərdiyi müəyəyn olunan, eyni zamanda, sosial media platformalarında təşkilat liderini tərifləyən paylaşımların istiqamətləndirən 8 şübhəli istintaqa təhvil verilib. Onlarınb məkanlarılnda axtarış zamanı çoxlu sayda rəqəmsal material götürülüb".
Firudin Səfərli
MİA.AZ