Türkiyə 1-ci Liqa komandalarından olan "Amed Sport" komandasının tanınmış baş məşqçisi bu gün istefaya göndərilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Bildirilib ki, təcrübəli baş məşqçisi Ərsun Yanalla artıq yolları ayırılıb: "Təcrübəli çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Ona gələcək fəaliyyətində uğurlar arzulayırıq".

Xatırladaq ki, Diyarbakır təmsilçisi olan komanda Yanalın rəhbərliyi ilə 10 matçda 3 qələbə, 4 heç-heçə və 3 məğlubiyyət alıb. Komanda hazırda  13 xalla liqada 16-cı yerdə qərarlaşıb.

Fərid Aslan

MİA.AZ