Türkiyə Super Liqasının yeni komandası "Bodrum FK" uğursuz nəticələrə görə baş məşqçi İsmət Taşdemiri istefaya göndərib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə yayılan xəbəri klub artıq təsdiqləyib.
Məlumatda o da deyilir ki, klub rəhbərliyi boşalan baş məşqçi postu ilə bağlı vaxtilə "Hatayspor"u çalışdıran və hazırda şərhçilik eləyən Volkan Dəmirəllə danışıqlara başlayıb.
Xatırladaq ki, "Bodrum FK" son liqa matçında "Fənərbağça"ya 2-0 məğlub olub. Komanda hazırda 10 xalla liqada 13-cü pillədə qərarlaşıb.
Fərid Aslan
MİA.AZ