Bu gün Türkiyə Prezidenti Ərdoğan BRİKS Zirvə Toplantısı üçün getdiyi Kazanda Rusiya Prezidenti Putinlə görüşüb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdə Türkiyə ilə Rusiya arasında ikitərəfli əlaqələr, Ukrayna-Rusiya müharibəsinin gedişi, İsrailin bölgədə yayılan hücumları, regional və qlobal məsələlər müzakirə olunub.

Ərdoğan Türkiyənin Rusiya ilə əlaqələrinin bütün sahələr üzrə inkişafını zəruri sayıb.

O, İsrailin Fələstin və Livandakı müharibəsinin təkcə Yaxın Şərqi deyil, dünyada qlobal təhlükəsizliyi də təhdid edəcək həddə çatdığını qeyd edib: "İsrailin məkrli planlarına qarşı durmaq insanlığın borcudur"

Türkiyə ilə Rusiya arasında Suriya məsələsində yaxın koordinasiya işində olduğunu da vurğulaayn Ərdoğan bildirib ki, Türkiyə PKK/YPG başda olmaqla, bütün terror təşkilatlarına qarşı mübarizədə qərarlıdır: "Biz bu istiqamətdə birlikdə daha əlverişli nəticələr əldə edə bilərik. Çünki o terror qrupları Suriyanın ərazi bütövlüyünə də zərbə vurur".

Putin isə bu gün Ankarada baş verən terror aktına görə başsağlığı verib. O, Türkiyə ilə bir çox sahələrdə əlaqələrin müsbət dinamikasına toxunub.

Rusiya lideri deyib ki, Türkiyədə qazpaylayıcı mərkzin qurulması istiqamətində işlər davam edir... 

Samir Musayev

MİA.AZ