Bu gün Prezident Rəcəb Tayyib Ərdoğan Tatarıstanın paytaxtı Kazana gedib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Kazanda BRİKS Liderlər Zirvə toplantısında iştirak edəcək.

Məlumata görə, Prezident Ərdoğanı Esenboğa hava limanından vitse-prezident Cevdet Yılmaz, Ankara valisi Vasip Şahin, AK Partiya sədr müavini Efkan Ala və digər əlaqədar şəxslər yola salıblar.

Ərdoğan və xanımı Əminə Ərdoğanla birgə Kazana  Xarici İşlər Naziri Hakan Fidan, Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar, Ticarət Naziri Ömər Bolat, Prezident Administrasiyasının Kommunikasiya direktoru Fahrettin Altun, Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın, Xarici Siyasət Baş İdarəsinin müşaviri Akif Çağatay Kılıç və AK Partiya sədrinin  sözçüsü Ömər Çelik də gedib.

Xəbərdə o da deyilir ki, Ərdoğan BRİKS üzvü və dəvət edilən ölkələrin liderləri ilə görüşlər keçirəcək. Onun həmçinin Vladimir Putinlə bir araya gələcəyi də planlanıb.

Samir Musayev

MİA.AZ