Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib.

Mia.az xəbər verir ki, saat 19 radələrində Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Emin Sadıxovun meyiti Müzəffər Nərimanov küçəsindəki pilləkəndən asılı halda tapılıb.

Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.