Göygöl Rayon Polis Şöbəsinə rayon sakini Asim Niyazovun kəsici-deşici alətlə bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirlməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Mia.az-a  bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Dəmir Nəbiyəv saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.